Bayıl dairəsində yeraltı piyada keçidinin tikintisi davam edir FOTO

Bayıl dairəsində yeraltı piyada keçidinin tikintisi davam edir FOTO

"Bakı-Ələt yolunun 4-ci km-də (Bayıl dairəsi adlanan ərazidə) yeraltı piyada keçidinin tikintisi işləri davam etdirilir. Uzunluğu 100m, eni 8m, hündürlüyü 4 m olacaq keçiddə artıq svay işləri başa çatdırılıb". Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, hazırda döşəmə betonun tökülməsi və tunelin qazıntısı işləri gedir: "Kommuniksaiya xətlərinin köçürülməsi başa çatmaq üzrədir. 4 giriş-çıxışdan ibarət olacaq keçiddə hər tərəfdə ikisi olmaqla eskalatorların quraşdırılması nəzərdə tutulub. Tikinti işlərinin 2015-ci ilin 1-ci rübündə başa çatdırılması planlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə