Büdcədə neftin bir barrelinin qiyməti 90 dollardan hesablanıb

Büdcədə neftin bir barrelinin qiyməti 90 dollardan hesablanıb

2015-ci ilin dövlət büdcəsi layihəsində neft gəlirləri xam neftin bir barreli üçün 90 ABŞ dolları ilə, manatın məzənnəsi isə 0,784 manat olmaqla hesablanıb.

Bu barədə məlumat Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatında yer alıb.

Məlumatda bildirilir ki, cari ilin dövlət büdcəsi ilə müqayisədə 2015-ci ildə xam neftin bir barrelinin 10 dollar aşağı qiymətlə hesablanması hazırda dünya bazarında baş verən ucuzlaşma ilə əlaqədardır.

Bütün xəbərlər Facebook səhifəmizdə