Taner Yıldız:" TANAP sayəsində yeni sülh dəhlizi açılıb "

"Əsrin Müqaviləsi"nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlinin atılması mərasimində iştirak etməkdən xoşbəxtəm. Azərbaycan Türkiyə üçün əvəzedilməz ölkədir". SİA-nın məlumatına görə, bu sözləri "Əsrin Müqaviləsi"nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız deyib.

O bildirib ki, Azərbaycanla Türkiyənin həyata keçirdiyi layihələrin dünyaya xidmət edir: "TANAP sayəsində yeni sülh dəhlizi açılıb. Hazırda enerji təhlükəsizliyi dünyada ən mühüm məsələyə çevrilib. Azərbaycan və Gürcüstanla bərabər fəaliyyətimiz davam edəcək. Mərhum Heydər Əliyevin sayəsində 20 il əvvəl "Əsrin Müqaviləsi" imzalanıb. Mərhum prezident Heydər Əliyevi rəhmətlə yad edirik. BTC ilə 2 milyard barel neft ixrac olunub. Bu gün isə hədəfimiz Xəzər və Orta Asiya ehtiyatlarının Azərbaycan üzərindən ixracıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə