"Reklam haqqında" qanun layihəsi plenar iclasa tövsiyyə olundu
"Reklam haqqında" yeni qanun layihəsi parlamentin İqtisadi siyasət komitəsinin 2014-cü il payız sessiyası ilə bağlı qanunvericilik işləri planına daxil edilib. SİA-nın xəbərinə görə, bu haqda komitənin bu gün keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə məlumat verib
Komitə sədrinin sözlərinə görə, adıçəkilən qanun layihəsi komitə üzvləri- deputatlar Əli Məsimli və Vahid Əhmədov tərəfindən hazırlanıb və həmin sənədin artıq parlament rəhbərliyi tərəfindən qanunvericilik işləri planına daxil edilməsi məqsədəuyğun sayılıb.
"Reklam haqqında" qanunun qəbulundan təxminən 15 il keçdiyini xatırladan Vahid Əhhmədov artıq yeni sənədin qəbuluna ciddi ehtiyac duyulduğunu vurğulayıb: "Həmin vaxtdan bu yana ölkənin iqtisadi-siyasi
Qanun layihəsinin digər müəllifi Əli Məsimli də adıçəkilən sənədin qanunvericilik
Komitə sədri Z. Səmədzadə də öz növbəsində Azərbaycanda reklamların vəziyyətindən narazlıığını ifadə edib.
O, xüsusilə, reklamların dilinə diqqət çəkib: "Kimlərsə az qala moda xatirinə Azərbaycan dilini unutdurmağa çalışırlar. Bu, düzgün deyil. Bu gün telekanallarda Azərbaycan dilində Azərbaycan məhsullarının, xüsusilə, yerli brend məhsulların reklamına da rast gəlmək olmur. Bu baxımdan, mən də hesab edirəm ki, "Reklam haqqında" yeni qanun qəbulu çox əhəmiyyətlidir"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB