“Qarant İnvest” MMC-nin lisenziyası dayandırıldı

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Qarant İnvest" MMC-nin broker fəaliyyəti üzrə lisenziyasını dayandırıb. SİA-nın xəbərinə görə, bu barədə çərşənbə güün komitənin yaydığı məlumatda deyilir.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 13 broker fəaliyyəti, 13 diller fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması üzrə 2 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.

Qeyd edək ki, "Qarant Invest" şirkəti 2011-ci ilin avqustunda yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə