İstehlaka yararsız məhsullar məhv edilib

İstehlaka yararsız məhsullar məhv edilib

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, monitorinqlər zamanı Bakının Nizami, Nərimanov, Sabunçu, rayonlarında, eləcə də Sumqayıt, Qazax, Ucar, Balakən, Zaqatala, Gəncə, Ağcabədi, Mingəçevir, Xaçmaz, Şamaxı və Şəkidə mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə