“Qaradağ” yatağındakı yeni quyuya sutkada 100 min kubmetr qaz vurulur
"Qaradağ" yatağındakı 477 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildiriblər ki, quyuda məhsuldar qatın VII horizontunda 3159-3124 metr dərinlik intervalından təkrar süzgəc açılıb. Quyuya sutkada orta hesabla 100 min kubmetr qaz vurulur ki, həmin qazdan da payız-qış mövsümündə istifadə olunacaq.
Yeni quyuda istismar işləri qaz anbarları istismarı idarəsi tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB