“Nar Mobile” tərəfindən keçirilən fotomüsabiqənin qalibinə “iPhone 5S” veriləcək

“Nar Mobile” tərəfindən keçirilən fotomüsabiqənin qalibinə “iPhone 5S” veriləcək

"Nar Mobile" mobil operatoru Ramazan bayramı münasibəti ilə maraqlı müsabiqə keçirir. Müsabiqəyə valideynlərin, baba və nənələrin gündəlik həyatını əks etdirən müəllif fotoşəkilləri qəbul olunur.

Şirkətdən bildirmişlər ki, fotomüsabiqənin əsas məqsədi gənclərin diqqətini Azərbaycanın zəngin tarix və mədəniyyətinə, xalqımızın nəcib adət-ənənələrinə, ailə dəyərlərinə və nəsillərarası əlaqələrə cəlb etməkdir.

Fotomüsabiqədə iştirak etmək üçün yaş məhdudiyyəti qoyulmayıb. Hər bir müəllif müsabiqəyə əvvəllər heç yerdə yerləşdirmədiyi 1-2 fotoşəkil təqdim edə bilər. Şəkillər özündə koloritli rəngləri əks etdirməklə, bədii dəyərə malik olmalı, ölkənin tarixini, mədəniyyətini və adət-ənənələrini tərənnüm etməli və xoş ovqat yaratmalıdır. "Nar Mobile" mobil operatorunun "Facebook", "Twitter" və "İnstagram" sosial şəbəkələrindəki rəsmi səhifələrinə fotoşəkil göndərmək üçün təyin olunan son müddət iyulun 31-dir.

Müsabiqədə ilk üç yeri tutan qaliblərin adları avqustun 10-11-də elan ediləcək. Onlar müvafiq olaraq "iPhone 5S", "Samsung" mini-tablet, Nar-modem və 12 aylıq pulsuz internetlə mükafatlandırılacaqlar.

Əlavə məlumat şirkətin internet səhifəsində http://on.fb.me/1oDejDT yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə