Yeni artezian quyuları istifadəyə verilib

Yeni artezian quyuları istifadəyə verilib

Əhalinin içməli və suvarma suyuna olan tələbatının yaxşılaşdırılması məqsədilə Tərtər rayonunun Sarıcalı-1, 2, Güləbatlı, Yenikənd, Qarağacı, Qaraqoyunlu, Mollalar və Seydimli kəndlərində yeni artezian quyuları istifadəyə verilib. SİA-nın verdiyi məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər son illər respublikada, o cümlədən Tərtər rayonunda gedən sosial-iqtisadi inkişafdan, əhalinin problemlərinin həlli, həmçinin suvarma və içməli suya olan tələbatın ödənilməsi sahəsində görülən işlərdən danışıblar. Bildirilib ki, Tərtər rayonunda hazırda 428 artezian və subartezian quyusu fəaliyyət göstərir. Əhalinin suvarma və içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2013-cü ildə 7 artezian quyusu qazılıb. Cari ildə 31 quyunun qazılması nəzərdə tutulub, artıq 13 quyu istifadəyə verilib.

Qeyd edək ki, tədbirdə çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə