İyulun 9-da ADA Universitetində "Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyişlər" mövzusunda XVI beynəlxalq konfrans keçiriləcək.
SİA-nın xəbərinə görə, ADA Universitetinin, Qlobal Biznes və Texnologiya Assosiasiyasının, o cümlədən Portuqaliya, Yeni Zelandiya, Çexiya, Braziliya, Koreya, Tayland Cənubi Afrika Respublikası, Rusiya və Avstraliyanın qabaqcıl biznes və texnologiya institutlarının birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfrans çərçivəsində "Asiyaya Doğru" layihəsinin təqdimatı olacaq.
40-dan artıq ölkədən 175 nümayəndənin iştirak edəcəyi konfransın plenar sessiyasında Azərbaycanın maliyyə naziri Samir Şərifovun, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun və Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun çıxış edəcəkləri gözlənilir.
Konfransda mədəni müxtəliflik, iqtisadi, texnoloji, sosial, hüquqi məsələləri, o cümlədən özəl, dövlət sənaye və təşkilatların idarə edilməsində qarşıya çıxan problemləri əhatə edən yazı və elmi məqalələr təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB