İntihar edən şəxsin krediti ilə bağlı sığorta ödənişi verilməyəcək

İntihar edən şəxsin krediti ilə bağlı sığorta ödənişi verilməyəcək

Azərbaycanda sığorta müqaviləsinin bağlanmasından sonrakı ilk 2 il ərzində sığorta olunanın intiharı sığorta hadisəsi hesab edilməyəcək. SİA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyi tərəfindən hazırlanmış "Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları" layihəsində əksini tapıb.

Sənədə əsasən, əgər istintaq orqanı kredit müqavilələri üzrə borcalanın üçüncü şəxslərin hüquqazidd hərəkətləri nəticəsində intihar etməyə məcbur edilmiş olmasını üzə çıxararsa, bu halda həmin şəxsin kredit müqaviləsi üzrə sığorta ödənişi təmin ediləcək.

Sığorta olunanın qış, sualtı, atçılıq, avia və döyüş idman növləri, avto-moto idman, paraşütlə tullanma, qayalara dırmanma, alpinizm, deltaplanerizm, dağ və su turizmi ilə məşğul olması nəticəsində həyatını itirməsi, yaxud əmək qabiliyyətini tam və qismən itirməsi də sığorta hadisəsi sayılmır. Yəni bu halda da sığorta ödənişi verilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə