I rübdə iqtisadiyyata 3,6 milyard dollar xarici investisiya yönəldilib
Cari ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 3,6 milyard ABŞ dolları həcmində xarici investisiya yönəldilmişdir. Bu, ötən ilin eyni dövründəkindən 25,1 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən bildirmişlər ki, investisiyaların 14,5 faizi iqtisadiyyata maliyyə kreditləri, 53 faizi birbaşa, 32,5 faizi portfel və digər investisiyalar şəklində daxil olmuşdur.
Birbaşa investisiyaların həcmi 1,9 milyard dollar təşkil edərək ötən ilin müvafiq dövrünə nisbətən 34,6 faiz artmışdır. Onun 1,6 milyard dolları (86,3 faiz) iqtisadiyyatın neft-qaz sektoruna yönəldilmişdir.
Bu dövrdə ölkə rezidentlərinə 521,3 milyon dolları ekvivalentində və ya əvvəlki ildəkindən 3,1 faiz çox xarici kreditlər təqdim edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB