Azərbaycanda 10 min dəyəri olan səhm buraxılıb

Azərbaycanda 10 min dəyəri olan səhm buraxılıb

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "R.İ.S.K Elmi İstehsalat Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin adi, sənədsiz, adlı səhmlərinin buraxılışı qeydiyyata alınıb. Bu barədə SİA komitənin rəsmi saytına istinadən məlumat verir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 10 min manat olan 98 ədəd səhm buraxılıb.

Səhmlər qapalı üsulla yerləşdiriləcək

Bütün xəbərlər Facebook səhifəmizdə