Azərbaycanda ən qabaqcıl ölkələrdə olan aqro-parkların yaradılması təmin olunacaq Nazir müavini

Azərbaycanda ən qabaqcıl ölkələrdə olan aqro-parkların yaradılması təmin olunacaq Nazir müavini

"Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 16-da imzaladığı fərmana müvafiq olaraq kənd təsərrüfatı nazirliyinə ölkədə aqro-parkların yaradılması tapşırığı verilib. Bununla bağlı nazirilk tərəfindən beynəlxalq təcürübə araşdırılır və təkliflərimizi yaxın zamanda hökumətə təqdim edəcəyik". SİA-nın məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini hesab edir ki, ən qabaqcıl ölkələrdə olan aqro-parkların yaradılması ölkəmizdə də təmin olunacaq.

Fermerlə üçün korporativlərin yaradılması məsələsinə gəlincə nazir müavini deyib ki, bununla bağlı təkliflər planı hökumətə təqdim edilib: "Korporativlərin yaradılması zamanı fermerlərə hansısa subsidiyaların verilməsi ilə onlarda iqtisadi maraq artırılmalıdır. Bununla da fermerləri bu maraqlar ətrafında birləşdirərək onları iri təsərrüfatların yaradılmasına cəlb etmək lazımdır. Hesab edirəm ki, kooperativlərin yaradılması həm məhsuldarlığın artmasına, həm də problemlərin birgə aradan qaldırılmasına kömək edəcək".

Nazir müavini elektron kənd təsərrüfatının yaradılması ilə bağlı görülən işlərdən də danışıb: "Azərbaycanda elektron kənd təsərrüfatının yaradılması ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi üçün seminarlar keçirilir. Hesab edirəm ki, həm bitkiçilik, həm də heyvandarlıq sahəsində elektron hökumətin yaradılması təmin ediləcək. Bu kənd təsərrüfatının idarə edilməsinə də öz töhfəsini verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə