Vergi borcunu ödəməyən mağaza və kafenin əmlakı siyahıya alınıb

Vergi borcunu ödəməyən mağaza və kafenin əmlakı siyahıya alınıb

Vergi borcunu ödəmədiyinə görə Bakıda bir mağaza və kafenin əmlakı siyahıya alınıb. Belə ki, Nizami rayonunda yerləşən "azinterval" məhdud məsuliyyətli cəmiyyətinə məxsus avtomobillər üçün ehtiyyat hissələrin satışı mağazası 36 min 250 manat məbləğində vergi borcunu nəzərdə tutulan müddətdə ödəmədiyindən obyektdəki 62 min 280 manatlıq avtomobil, mühərrik yağları siyahıya alınıb.

Analoji fakt Səbail rayonunda yerləşən kafelərdən birində də qeydə alınıb. 14 min 647 manat məbləğində vergi borcunun ödənişini təmin etmək üçün kafedəki 5 min 725 manat məbləğində mebel və mətbəx ləvazimatları siyahıya alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə