"Neft Daşları" yatağında quyu istismara verilib

"Neft Daşları" yatağında quyu istismara verilib

"Neft Daşları" yatağındakı 2521 nömrəli stasionar dəniz özülündən 2239 nömrəli quyu qazmadan sonra istismara verilib.

ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qırməki Altı Lay Dəstəsinə qazılan quyu 1193-1178 metr intervaldan fontan üsulu ilə sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə