Bakıda piyada keçidinin tikintisi ilə əlaqədar daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, Fətəli xan Xoyski prospektində (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısı) piyada keçidinin inşası ilə əlaqədar olaraq Koroğlu Rəhimov küçəsi ilə kəsişmə istiqamətində, yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Yolun həmin hissəsində tikinti işləri 2 ay müddətində davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB