Con Kerri: “Azərbaycandan qazın nəqli gündəlikdə duran əsas məsələdir”

Con Kerri: “Azərbaycandan qazın nəqli gündəlikdə duran əsas məsələdir”

"Bu gün "Cənub Qaz Dəhlizi" ilə Türkiyəyə, oradan da Avropaya nəql olunacaq Azərbaycandan böyük həcmlərdə qazın ixracı yollarının axtarışı məsələsi gündəlikdə durur". SİA-nın məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Con Kerri Brüsseldə enerji məsələləri üzrə Aİ-ABŞ Şurasının iclasındakı nitqində deyib.

Onun sözlərinə görə, ABŞ və Avropa öz enerji resurslarının nəqlinin şaxələndirilməsi yolunda çox işlər görməlidirlər: "Azərbaycandan qazın böyük həcmlərdə nəqli məsələsi gündəlikdə duran əsas məsələlərdən biridir".

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerrinin nitqi ABŞ Dövlət Departamentinni rəsmi saytında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə