"ÜTT-yə üzv olduqdan sonra Azərbaycanda məhsul qıtlığı yaşana bilər"
"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması üçün müəyyən proqramların icrası mütləqdir və tərəfdarıyıq ki, bu proses tez bir zamanda uğurla həyata keçsin". Bunu SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiyası bir sıra dövlətlərlə ikitərəfli danışıqlar aparır: "Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan təşkilata üzv olduqdan sonra daxili bazarı qorumağı bacarsın. İstəyirik ki, Azərbaycanın bu təşkilata üzvlüyü tezliklə reallaşsın və bununla da ölkə daxilində mövcud olan müəyyən problemlər qısa müddətdə öz həllini tapsın, ölkənin xarici ticarət dövriyyəsi genişlənsin. Yalnız Azərbaycan müəyyən prosedurlardan keçmədən Dünya Ticarət Təşkilatına üzv olsa, bu, mənfi nəticə verə bilər. Belə ki, üzvlükdən sonra ölkədə məhsul qıtlığı yaşanar. Bəzi ölkələr bu təşkilata üzvlüyə qəbul olunma müddətini 5-8 il təyin edir ki, üzvlük üçün tələb olunan prosedurları həyata keçirə bilsin. Hesab edirəm ki, Azərbaycanın da adıçəkilən təşkilata üzv olması üçün vaxt təyin olunub və bu müddətdə üzvlük üçün tələb olunan proqramlar tam reallaşdırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB