Martın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,62 dollar və ya 1,6% artaraq 1 barelə görə 99,70 dollar olub. SİA-nın xəbərinə görə, martın 18-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,55 dollar və ya 0,6% artaraq 106,79 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB