Cavid Qurbanov: "Yolların yenidən qurulması razılaşdırılmış qaydada aparılır"
"Hazırda Azərbaycanda yolların yenidən qurulması və kommunikasiyaların yaradılması işləri razılaşdırılmış qaydada aparılır. Kommunikasiya xətlərinin çəkilişi zamanı avtomobil yollarının asfalt-beton örtüyünün dağılması avtomobil yollarının zədələnməsinə səbəb olur və bərpa üçün əlavə xərclər tələb edir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, infrastrukturun yaradılması, yəni qaz və su kəmərlərinin çəkilişi müasir həyatın zəruri və ayrılmaz hissəsidir.: "Əgər əvvəllər yolların salınması, yenidən qurulması və infrastrukturun yaradılması zamanı razılaşdırılma yox idisə, son vaxtlar bu məsələdə böyük irəliləyiş əldə olunub. İndi bu işlərin hamısı protokollar əsasında razılaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB