Vüqar Bayramov: “Azərbaycanda qeyri-həyat sığortasına tələbat böyükdür”
"Tibbi sığorta tətbiq olunarkən beynəlxalq təcrübə nəzərə alınmalıdır". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycanda əhalinin tibbi sığortaya marağı olduqca aşağıdır: "Bu isə maarifləndirmə işlərinin az olması eyni zamanda, inkişaf etmiş Avropa ölkələrinə nisbətən ölkəmizdə sığortanın baha olması ilə əlaqədardır. Məsələn ABŞ-da tibbi sığortanın illik ödənişi təxminən 20 dollardır. Praktiki olaraq aylıq bu 2 dollar edir ki, bu isə az ödəniş deməkdir. Bundan başqa xarici ölkələrdə kommersiya şirkətləri öz müştərilərinə cüzi ödənişlər təklif edir ki, bu da vətəndaşlar üçün əlverişlidir. Tibbi sığortanın mahiyyəti isə ondan ibarətdir ki, vətəndaşların ilboyu tibbi xərclərinin böyük bir hissəsini ya onun işlədiyi təşkilat, ya da mənsub olduğu dövlət qarşılasın.
Tibbi sığorta hər bir ölkənin sosial-iqtisadi inkişaf xüsusiyyətləri, əhalinin mənəvi, mədəni dünyagörüş səviyyəsi, səhiyyənin təşkilati forması, ümumiyyətlə mövcud tibb imkanlarının insanlara çatdırılması yolları nəzərə alınmaqla tətbiq olunur. 1999-cu ildə qəbul olunan qanunvericilikdə işə götürənin əmək haqqı fondunun 4 faizi qədər tibbi sığorta ödənişi həyata keçirməsinin tələb edirdi. Yeni qanunverciliyə əsasən isə bütün iş yerləri 14 risk qrupuna bölünüb. Yəni, ən riskli yer üçün işə götürən işçilərin əmək haqqlarının 2 faizi miqdarında bədbəxt hadisə və peşə xəstəliyindən sığorta ödəməlidir. Belə çıxır ki, risk azaldıqca faiz dərəcəsi də azalır. İcbari tibbi sığortanın tətbiqi uzun müddət tələb etsə də, sisitemlə bağlı bəzi açıq məqamlar hələ də qalmaqdadır. Əvvəla işləməyən əhali üçün icbari tibbi sığortanın ödənilməsi məsələləri tam olaraq dəqiqləşdirilməyib. Hazırda söhbət yalnız işə götürənlərin əməkhaqqı fondunun icbari tibbi sığorta üçün ödənişlərindən gedir. Statistikaya əsasən, ölkəmizdə qeyri-həyat sığortasına tələbat böyükdür. Tibbi sığortaya yəni, həyat sığortasına isə tələbat olduqca aşağı səviyyədədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB