Yevda Abramov: “Dövlət Proqramında hər bir rayonun özünün iqtisadi inkişaf təmaülü olacaq”

Yevda Abramov: “Dövlət Proqramında hər bir rayonun özünün iqtisadi inkişaf təmaülü olacaq”

"Regionların sosial-iqtisadi inkişafı üzrə 3-cü Dövlət Proqramı 2014-2018-ci illəri əhatə edir və bu proqram insanların maddi-rifah halının yaxşılaşdırılması daha çox iş yerlərinin açılması sahəsində böyük işlər görəcək". Bunu SİA-ya açıqlamasında millət vəkili Yevda Abramov deyib.

Onun sözlərinə görə, bu proqram sayəsində ucqar rayonlardakı kənd yolları daha da abadlaşdırılacaq, sosial infrastruktur inkişaf etdiriləcək: "Proqramda əsasən rayon mərkəzlərinə yox, kənd yollarına fikir veriləcək. Hər bir rayonun özünün iqtisadi inkişaf təmaülü olacaq. Xüsusilə, kənd təsərrüfatına daha çox fikir veriləcək".

Yevda Abramov qeyd edib ki, öncəki iki dövlət proqramında çox mühüm işlər görüldü: "Bu yeni proqramda da qarşıya qoyulan məqsədlərə nail olunacaq. Belə ki, bu proqram ölkənin ictimai-siyasi həyatında çox böyük rol oynayacaq"

Bütün xəbərlər Facebook səhifəmizdə