Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının və "Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsi"-nin icra vəziyyətinin qiymətləndirilməsinə dair geniş tərkibdə Kollegiya iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda QKDK-nın sədri Rüfət Aslanlı Dövlət Proqramının əhəmiyyətindən danışaraq, son illər ərzində qiymətli kağızlar bazarında kifayət qədər yeniliklərə imza atıldığını bildirib.
R. Aslanlı "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı " Dövlət Proqramının icrası üçün hazırlanan təfərrüatlı Fəaliyyət Planının "Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsi" vasitəsi ilə həyata keçirildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Sədr layihənin effektiv idarəedilməsi üçün geniş beynəlxalq ekspertiza və xarici məsləhət xidmətlərinin cəlb olunduğunu bildirdi.
Daha sonra növbəti dövr ərzində layihənin və onun komponentlərinin idarə edilməsi, koordinasiya və strukturunun optimallaşdırılması məsələləri ilə bağlı geniş təqdimat olub.
İclasın sonunda R. Aslanlı "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı "Dövlət Proqramının, habelə "Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsi"-nin növbəti dövr ərzində effektiv icrasının təmin edilməsi və səmərəliliyin artırılması istiqamətində müvafiq tapşırıqlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB