Biznes fəaliyyətinə başlamaq üçün əlverişli ölkələrin renkinqində ABŞ Azərbaycandan geri qalır

Biznes fəaliyyətinə başlamaq üçün əlverişli ölkələrin renkinqində ABŞ Azərbaycandan geri qalır

Amerikada çıxan "Bonney Lake Courier-Herald" qəzetində "Amerikalı sahibkarlar azərbaycanlı sahibkarlardan geridədirlər" sərlövhəli məqalə dərc edilib. Məqalənin müəllifi, biznes-analitik Don Branel ABŞ-da biznes fəaliyyətinə başlamaq üçün mövcud çətinliklərdən söhbət açır.

Müəllif yazır ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası dünyanın 189 ölkəsində biznes fəaliyyətinə başlamağın şərtlərini, o cümlədən sahibkarların keçməli olduğu mərhələlərin sayını, bütün prosesin başa çatması üçün tələb olunan vaxtı və işə başlamaq üçün zəruri xərcləri təhlil ediblər. Məlum olmuşdur ki, həmin siyahıda (renkinqdə) ABŞ iyirminci yeri tutur.

Bu fakt keçən il renkinqdə 11-ci yeri tutan ölkə üçün ciddi qüsur hesab edilə bilər. ABŞ Ruanda, Belarus və Azərbaycandan geridə qalır. Renkinqdə birinci yeri tutan Yeni Zelandiyada biznes fəaliyyətinə başlamaq üçün cəmi bir mərhələdən keçmək lazımdır. Bunun üçün yarım gün vaxt kifayətdir və hər hansı minimal kapital tələb olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə