Ötən il pullu xidmətlərin həcmi 6,5 mlrd. manata çatıb

Ötən il pullu xidmətlərin həcmi 6,5 mlrd. manata çatıb

Ötən il Azərbaycanda əhaliyə 19,7 mlrd. manatlıq istehlak malları satılıb və 9,9% artıb, pullu xidmətlərin həcmi isə 8,2% artaraq 6,5 mlrd. manata çatıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, istehlak bazarından alınan məhsulların 51,7%-ni ərzaq məhsulları, 48,3%-ni qeyri-ərzaq malları təşkil edib, ərzaq məhsullarının satışı 2,3%, qeyri-ərzaq mallarının satışı isə 20,2% artıb.

İstehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 51,7%-i qida məhsulları və içkilər, 1,7%-i tütün məmulatları, 19,3%-i toxuculuq malları, geyim və ayaqqabı, 4,4%-i elektrik malları və mebel, 1,2%-i kompüter avadanlıqları, kitab və digər çap məmulatları, 1,2%-i əczaçılıq və tibb malları, 6,4%-i avtomobil yanacağı, 14,1%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ötən il ölkənin hər bir sakini ticarət şəbəkəsindən orta hesabla 2 114,3 manatlıq və ya 2012-ci illə müqayisədə 200,7 manat və ya 10,5% çox müxtəlif istehlak malları alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə