Neft ucuzlaşıb

Yanvarın 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,34 dollar və ya 1,4% azalaraq 1 barelə görə 92,33 dollar olub. SİA-nın məlumatına görə, yanvarın 8-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,20 dollar və ya 0,2% azalaraq 107,15 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə