ÜDM nisbətinə görə Azərbaycan MDB-də lider olaraq qalır

ÜDM nisbətinə görə Azərbaycan MDB-də lider olaraq qalır

"2013-cü ildə qeyri-sabit qlobal iqtisadi mühitdə Azərbaycanın əlverişli xarici mövqeyi qorunub, qeyri-xammal ixracının genişlənməsi davam edib, ölkəyə investisiya axınları sürətlənib və valyuta ehtiyatları daha da artıb". SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunub.

Bəyanatda bildirilib ki, cari əməliyyatlar balansındakı profisitin Ümumi Daxili Məhsuldakı (ÜDM) nisbətinə görə (15%-dən çox) Azərbaycan MDB-də lider olaraq qalır. Ötən 11 ayda xarici ticarət balansının profisiti 12,3 mlrd. ABŞ dolları olub, ixrac idxalı 2,3 dəfə üstələyib. İqtisadiyyata qoyulan xarici investisiyaların həcmində artım cari ilin 11 ayında 31,2% təşkil edib.

Tədiyə balansının profisiti şəraitində strateji valyuta ehtiyatları cari ilin 11 ayında 8,5% artaraq 50 mlrd. ABŞ dollarını ötüb. Bu ehtiyatların ÜDM-ə nisbətinə görə ölkə dünyada ilk 20-likdəki yerini saxlayıb. Mərkəzi Bankın valyuta ehtiyatları isə 18% artaraq 14 mlrd. ABŞ dollarına yaxınlaşıb. Valyuta ehtiyatlarının artması ölkənin Xalis Beynəlxalq İnvestisiya Mövqeyinin yaxşılaşması ilə müşaiyət olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə