Vüqar Bayramov: “Şahdəniz-2” layihəsi Avropanın enerji təhlükəsizliyini gücləndirəcək"
"Şahdəniz-2" layihəsinin imzalanması nəinki Azərbaycanın, eyni zamanda, regionun tarixində yeni bir səhifə açdı". SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov belə deyib. Onun sözlərinə görə, "Şahdəniz-2" layihəsi Azərbaycanın mavi qaz ehtiyatlarını Avropa bazarına çıxaracaq və Avropanın enerji təhlükəsizliyini təmin edəcək. Bu layihə Avropa ilə Xəzəryanı ölkələr arasında əməkdaşlığın güclənməsinə töhfə verəcək.
Vüqar Bayramov qeyd edib ki, Azərbaycan bu layihəyə imza atmaqla nəinki regionun həmçinin, dünyanın vacib layihələrindən birini reallaşdırdı: "Bu baxımdan "Şahdəniz-2"nin işlənməsi və buna uyğun olaraq dəhliz koridorunun reallaşması imkan verir ki, Azərbaycan öz mavi qazını birbaşa Avropaya bazarına çıxarsın və bu bazara uyğun olaraq öz mavi qazını satsın".
Vüqar Bayramovun sözlərinə görə, həyata keçirilən 45 milyard dollarlıq investisiyanın yarıdan çoxu Azərbaycan iqtisadiyyatına yönəlib: "Bu isə Azərbaycan iqtisadiyyatı üçün olduqca əhəmiyyət daşıyır. Bir sözlə, "Şahdəniz-2" layihəsi istər strateji baxımdan, istərsə də iqtisadi baxımdan olduqca əhəmiyyət daşıyır. Azərbaycan bu layihəni reallaşdırmaqla regionda liderliyini bir daha sübut etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB