Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9,5 faiz artıb

Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9,5 faiz artıb

İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı 2013-cü ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artaraq 52,1 milyard manata çatıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, əlavə dəyərin 46,5 faizi sənaye sahələrində, 11,7 faizi tikinti kompleksində, 5,3 faizi kənd təsərrüfatında, 5,4 faizi nəqliyyatda, 9.2 faizi ticarət və pullu xidmət sahələrində, 1,7 faizi rabitədə, 13,9 faizi digər sahələrdə istehsal olunub.
Əhalinin hər nəfərinə 5604,2 manatlıq (7142.8 ABŞ dolları) əlavə dəyər istehsal olunub.
Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9,5 faiz, neft sektorunda isə 1,3 faiz artıb.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayında oktyabr ayı ilə müqayisədə 0,7 faiz, on bir ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən isə 2,3 faiz bahalaşıb. Oktyabr ayına nisbətən noyabr ayında ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, xidmət tarifləri 0,1 bahalaşıb. İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 2,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,6 faiz və xidmət tarifləri 3,4 faiz bahalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə