"Yanacağın qiyməti qalxsa da, elektrik enerjisinin qiymətində artım gözlənilmir". SİA-nın məlumatına görə, bu sözləri "Azərenerji" Açıq Səhimdar Cəmiyyətinin (ASC) prezidenti Etibar Pirverdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, elektrik enerjisinin qiymətinin qalxması ilə bağlı qurum tərəfindən heç bir təklif verilməyib və ona görə, də qiymətlərin artma ehtimalı yoxdur.
Qışa hazırlıqla bağlı sualı cavablandıran ASC prezidenti vurğulayıb ki, hər il olduğu kimi bu il də ölkəmizdə elektrik enerjisinin verilməsi ilə bağlı problemlərin yaranmaması üçün lazımi tədbirlər görülür: "Təbii ki, qışla əlaqədar olaraq elektrik enerjisinin verilməsində fasilələrin yaranacağı istisna deyil, lakin belə halların qarşısının alınması istiqamətində tədbirlər görürük".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB