Ceyhan limanından 2,7 milyon ton neft dünya bazarlarına çıxarılıb
2013-cü ilin noyabr ayı ərzində 2 milyon 711 min 473 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 830 min 620 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). ARDNŞ-dən SİA-ya verilən məlumata görə, cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 27 milyon 69 min 219 ton olub.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-ci il dekabr ayının 1-ə qədər Ceyhan limanından 230 milyon 735 min 873 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB