Vüqar Bayramov: “III Xəzər forumu Xəzəryanı ölkələrin inteqrasiyasına xidmət edir”

Vüqar Bayramov: “III Xəzər forumu Xəzəryanı ölkələrin inteqrasiyasına xidmət edir”

"III Xəzər Forumun keçirilməsində və Xəzəryanı ölkələrin inteqrasiyasında Azərbaycan maraqlı ölkə mövqeyindədir". SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov belə deyib.

Onun sözlərinə görə, III Xəzər forumu birmənalı şəkildə Xəzəryanı ölkələrin inteqrasiyasına xidmət edir: "Bu forumda Xəzəryanı ölkələrin inteqrasiyası ilə bağlı istər nəqliyyat, istər enerji, istərsə də digər sektorlarda əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib. Eyni zamanda, forumda ölkə Prezidenti İlham Əliyevin "İlin Xəzər dövlət adamı" seçildi. Bu, Azərbaycan Prezidenti İlham Əliyevə verilən xüsusi bir qiymətdir. Azərbaycan Xəzərdə inteqrasiyada maraqlıdır. Həmçinin, ölkəmiz Avropa Birliyi, ABŞ və digər ölkələr arasında inteqrasiyanın sürətləndirilməsinə olduqca meyillidir. Azərbaycan faktiki olaraq, bir sıra layihələrdə, o cümlədən, TANAP layihəsinin reallaşmasında ciddi mövqeyi olan ölkədir".

Bütün xəbərlər Facebook səhifəmizdə