“Ağsu Elektrik Şəbəkəsi”ndə qışa hazırlıq işləri yekunlaşıb

"Ağsu Elektrik Şəbəkəsi"ndə (EŞ) son vaxtlar həyata keçirilən məqsədyönlü tədbirlər bölgənin enerji təsərrüfatına olan tələbatını daha da dayanıqlı şəkildə ödəməyə imkan yaradır. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, elektrik enerjisinin keyfiyyətli və davamlı ötürülməsi məqsədi ilə elektrik verilişi xətləri (EVX), transformator məntəqələri və yarımstansiyalarda geniş miqyaslı əsaslı və cari təmir işləri yerinə yetirilib. Belə ki, cari ilin son üç ayı ərzində 110/35/10 kV-lik Ağdaş yarımstansiyasından çıxan 10 kV-lik "Sabir" hava elektrik verilişi xəttində yerinə yetirilən təmir-bərpa işlərini buna bariz nümunədir. Sozügedən HX-nin 1,2 kilometrə yaxın hissəsi təmir edilib.

Rayonun Kölüç, Nuran, Zərqava və digər bir neçə kəndlərinin 0,4 kV-lik EVX-lərində də müvafiq təmir işləri uğurla aparılıb. O cümlədən, 4,8 kilometrə yaxın xətt təmir edilib. 18 transformator məntəqəsində müxtəlif təyinatlı təmir-bərpa işləri icra edilib, enerji daşıyıcılar daha da keyfiyyətli iş rejiminə gətirilib.

Mənbədən əldə edilən digər bir məlumata görə isə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində 3,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 391 min kilovatsaat çoxdur. Ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 19 faizdən çox artıb. O cümlədən ötən ilin müvafiq dövrü ilə müqayisədə daimi əhali istehlakçı qrupu üzrə istehlak 255 min kilovatsaata yaxın azalıb, ödənişdə mütləq artım isə 12 faizə yaxın olub. Onu da qeyd edək ki, cari ilin oktyabr ayında daimi əhali istehlakçı qrupu üzrə istehlak 2 milyon kilovatsaatdan artıq olub.

Cari ilin 10 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 250 min kilovatsaata yaxın artaraq 34,8 milyon kilovatsaatdan artıq olub. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş 7 faizə yaxın mütləq artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 749 min kilovatsaata yaxın artaraq 19,2 milyon kilovatsaatdan çox olub. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 11faizə yaxın artıb.

Mənbə onu da bildirib ki, cari ilin 10 ayı ərzində müəssisənin xidməti ərazisində keçiriləb reydlər zamanı 134 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və hesabat aparılaraq 371,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 22,3 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi üçün müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...