"Yaxın gələcəkdə Azərbaycanda İnvestisiya Fondu yaradıla bilər. Fondunun yaradılması və buna xüsusi razılıq lisenziyasının verilməsi üçün artıq komitəyə müraciət olunub". SİA-nın xəbərinə görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Aparat rəhbəri Bəxtiyar Əzizov deyib.
Onun sözlərinə görə, QKDK və mütəxəssislər tərəfindən bu fondun yaradılması üçün bazarda araşdırmalara başlanılıb: "Fondun yaradılması o qədər də asan məsələ deyil. İnvestisiya Fondunun fəaliyyəti üçün lisenziya verilməsi bir neçə mərhələdən ibarətdir. Bu həssas məsələdir və buna yanaşmada diqqətli olmalıyıq. Ümid edirik ki, 2014-cü ildən QKDK-nın nəzdində İnvestisiya Fondu fəaliyyətə başlayacaq".
Aparat rəhbəri onu da vurğulayıb ki, fondun fəaliyyətində güclü mütəxəssislərin lazım olduğunu nəzərə alaraq, komitə tərəfindən bu ilin sonunadək Treyniq Mərkəzinin yaradılması da nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB