Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Açıq qapı günü" təşkil edib. SİA-nın məlumatına görə, tədbiri açıq elan edən QKDK-nın Aparatının rəhbəri Bəxtiyar Əzizov bildirib ki, "Açıq qapı"nın keçirilməsində məqsəd KİV nümayəndələrinin QKDK-nın struktur bölmələrinin əsas fəaliyyət istiqamətlərindən biri olan qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi üzrə lisenziyaların və ixtisas şəhadətnamələrinin verilməsi, hesabatların qəbul edilməsi və təhlili, habelə yerində yoxlamaların keçirilməsi istiqamətində görülən işlərlə tanış etməkdən ibarətdir.
Tədbirdə, həmçinin QKDK-nın Lisenziyalaşdırma və nəzarət şöbəsinin müdiri vəzifələrini icra edən Fərid Rəhimli "Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi üzrə lisenziyaların və ixtisas şəhadətnamələrinin verilməsi, hesabatların qəbul edilməsi və təhlili, habelə yerində yoxlamaların keçirilməsi" mövzusunda təqdimatla çıxış edib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilən "Açıq Hökumət 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" çərçivəsində həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB