Hibrid stansiyada 1 milyon kilovat/saat enerji istehsal edilib
Bu gün Alternativ və Bərpa Olunan Enerji Mənbələri (ABOEM) üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov Qobustan şəhərindəki Qobustan Hibrid Stansiyasında mətbuat konfransı keçirib. SİA xəbər verir ki, Akim Bədəlov konfransda bildirib ki, cari ilin may ayından elektrik enerjisi istehsalına başlayan bu stansiyada ötən günədək 1 milyon kilovat/saat elektrik enerjisi istehsal edilərək, "Azərenerji"yə təhvil verilib. Agentliyin yaranma tarixi, məqsəd və vəzifələri barədə məlumat verən rəsmi qeyd edib ki, "Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi" dünyada ilk Hibrid Stansiyasıdır: "Mərkəzdə Qobustan şəhərinin enerji təminatı məqsədilə "ağıllı şəbəkənin" yaradılması işinə başlanılıb. Bu sistem ölkənin regionlarında yerləşən ABOEM üzrə enerji stansiyalarının iş rejimlərinin avtomatik idarə edilməsinə imkan yaradacaq. İstehsal olunan enerjinin 489 426 kilovat/saatı külək enerjisinin, 629 584 kilovat/saatı isə günəş enerjisinin payına düşür. Hələ ki, bioqaz vasitəsilə alternativ enerji əldə edilmir, çünki Azərbaycanda kifayət qədər külək və günəş enerjisi potensialı var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB