Neft ucuzlaşıb

Sentyabrın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,39 dollar və ya 0,4% azalaraq 1 barelə görə 108,21 dollar olub. SİA-nın məlumatına görə, sentyabrın 13-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,15 dollar və ya 0,1% artaraq 112,78 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə