“AtaTravel” Danimarka turistlərini Azərbaycanla tanış etdi FOTO

“AtaTravel” Danimarka turistlərini Azərbaycanla tanış etdi FOTO

"AtaTravel" MMC-nin təşkilatçılığı ilə Danimarkadan Azərbaycanın paytaxtına turist qrupu gəlib. SİA-ya verilən məlumata görə, "AtaTravel" MMC nümayəndələri 4 gün ərzində qrupa Bakı şəhərinin görməli yerlərini, Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti, milli mətbəxi ilə tanış ediblər. "AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev bu səfərin əhəmiyyətini qeyd edərək, bildirib: "Bu, ölkəmizə artan marağın göstəricisi və şirkətimizin uğurlu xarici fəaliyyətinin nəticəsidir. Xüsusən xarici ölkələrdən gələn qonaqlar üçün Azərbaycan üzrə maraqlı turlar həyata keçirilir və bunlar getdikcə populyarlaşır".

Danimarkadan gəlmiş qonaqlar Odlar yurdundakı ilk anlardan Bakıdakı möhtəşəm quruculuq işlərinin panoramına, onun qədim arxitekturasının ultramüasir qurğularla unikal ahənginə heyran qalıblar.

Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib. "AtaTravel" MMC turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə otellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların qabaqcadan bronlaşdırılması üzrə xidmətlər göstərir. Həmçinin, əlverişli şərtlərlə kreditlə tur-paketlər əldə etmək mümkündür.

"AtaTravel" MMC-nin xidmətləri barədə daha geniş məlumat almaq üçün internetdə http://www.facebook.com/AtaTravelLtd?fref=ts səhifəsinə müraciət etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə