Azərbaycan Respublikası Mərkəzi Bankının yeni elektron nəşri olan rüblük "Tədqiqat bülleteni"nin ikinci nömrəsi hazırlanıb və Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib. Bankın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bülletendə dünya iqtisadiyyatında baş verən ən son iqtisadi proseslərin icmalı verilib, qlobal maliyyə bazarlarında vəziyyət, aparılan iqtisadi siyasətlər əks olunub. Burada həmçinin mərkəzi banklarda modelləşdirmə və proqnozlaşdırma bazasının inkişafına dair yeniliklər, habelə inkişaf iqtisadiyyatı üzrə ən son tədqiqatların nəticələri öz əksini tapıb.
Bülletenin fundamental tədqiqatlar bölməsində Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan son tədqiqat işləri və onların nəticələri haqqında da məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB