Lənkəranda uşaq bağçası üçün tikilən yeni bina tezliklə istifadəyə veriləcək

Lənkəranda uşaq bağçası üçün tikilən yeni bina tezliklə istifadəyə veriləcək

Lənkəran şəhərindəki 5 nömrəli uşaq bağçası üçün tikilən yeni binada son tamamlama işləri görülür. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, uyğunlaşdırılmış binada fəaliyyət göstərən uşaq bağçası üçün müasir standartlara uyğun yeni binanın inşasına 2012-ci ilin oktyabrin ayında başlanıb. İkimərtəbəli yeni binada müxtəlif yaş qrupları üzrə məşğələ və yataq otaqları, yeməkxana, musiqi və idman zalları, tibb və oyun otaqları, mətbəx, yardımçı otaqlar nəzərdə tutulub. Müasir istilik sistemi və kommunikasiya xətləri çəkilmiş binanın su ilə daimi təminatı üçün 3 çən quraşdırılıb, nasosxana inşa edilib.

Bağçanın həyətində uşaqlar üçün idman və əyləncə qurğuları və istirahət guşələri inşa edilib.

Qeyd edək ki, hazırda binada işlər başa çatmaq üzrədir. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq inşa edilən yeni binanın avqustun sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə