TAP layihəsi Avropanın bir çox ölkələrinə Azərbaycan qazından istifadə etmək imkanı yaradacaq

TAP layihəsi Avropanın bir çox ölkələrinə Azərbaycan qazından istifadə etmək imkanı yaradacaq

Azərbaycandan Avropaya nəql olunacaq təbii qazdan regionun bir çox ölkələri istifadə edə biləcək. Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin investisiya və marketinq məsələləri üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

TAP layihəsi çərçivəsində Yunanıstan, Albaniya və İtaliyaya ilk mərhələdə ildə 10 milyard kubmetr qaz nəql olunacağını deyən E.Nəsirov qeyd edib ki, Azərbaycan qazından Bolqarıstan da yararlana biləcəkdir. Çünki Yunanıstan ilə Bolqarıstan arasında qaz nəqli üçün infrastruktur mövcuddur. Bundan əlavə, gələcəkdə Monteneqro və Xorvatiya kimi ölkələr də Azərbaycan qazından istifadə etmək imkanı qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə