İsmayıl Alper Coşqun: “Türkiyə iqtisadiyyatının inkişafı təsadüfi hal deyil”
"Yaxşı başa düşmək lazımdır ki, Türkiyə iqtisadiyyatı sağlam və güclü təməl əsasında qurulub". SİA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun jurnalistlərə açıqlamasında bildirib. Səfir həmçinin əlavə edib ki, Türkiyədə son hadisələr iqtisadiyyatın inkişafı proseslərinə və ölkənin turizm potensialına ciddi təsir etməyəcək.
Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatının inkişafı təsadüfi hal deyil, düşünülmüş və davamlı islahatların nəticəsidir: "Son hadisələr iqtisadiyyatın inkişafı proseslərini dayandırmaq barədə təsəvvürlər formalaşdırmamalıdır. Türkiyədə inkişaf edən turizm sənayesi kifayət qədər etibarlıdır. Hesab edirəm ki, Türkiyədəki bugünkü mənzərə ölkəyə səfər etmək istəyən turistlərin niyyətinə təsir etməyəcək. Əsas məsələ türk xalqının öz iradəsini göstərməsidir, lakin bu, ictimai qayda-qanuna riayət etməklə müşayiət olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB