Şirvanda sahibkarlara güzəştli kreditlər verilib FOTOLAR

Şirvanda sahibkarlara güzəştli kreditlər verilib FOTOLAR

Şirvanda sahibkarlara güzəştli kreditlər verilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dəstəyi" mövzusunda Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində növbəti tədbirini keçirdib.

Tədbirdə Aran iqtisadi zonasını əhatə edən rayonlardan olan sahibkarlar iştirak edib. Tədbirin keçirilməsində məqsəd kiçik və orta həcmli istixana və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılmasıdır. Tədbirdə Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov çıxış edərək dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişafından, müasir texnalogiyalarla təhciz olunmuş yeni yaradılan müəssisələrdən, sahibkarlığın inkişaf etdirilməsindən ətraflı bəhs edib.

İqtisadi inkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, Aran regional bölməsinin müdiri Elburus Hüseynov, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış edib. Tədbirdə sahibkarların təklifləri dinlənilib.

Sonda 48 sahibkara 2,9 milyon manat güzəştli kreditlər verilib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə