Nazir: "Subsidiyaların verilməsinə edilən dəyişiklik ayrılan vəsaitlərin azalması demək deyil"

Nazir: "Subsidiyaların verilməsinə edilən dəyişiklik ayrılan vəsaitlərin azalması demək deyil"

"Subsidiyalırın verilməsinə edilən dəyişiklik ayrılan vəsaitlərin azalması demək deyil". SİA-nın verdiyi məlumata görə, bu barədə KİV nümayəndələrinə Gəncə şəhərinə səfəri çərçivəsində Kənd Təsərrüfatı naziri İsmət Abasov bildirib.

Nazir əlavə edib ki, rəhbərlik etdiyi qurum tərəfindən ölkə başçısının tapşırıqlarından sonra yeni qaydalalar hazırlanaraq Nazirlər Kabinetinə göndərilib: "Ediləcək dəyişikliklər vəsaitlərin azalması anlamına gəlmir. Əsas məqsəd ölkədə aqrar sahənin daha da inkişafına nail olmaqdır. Ola bilər ki, yeni qaydaların tətbiqindən sonra kənd təsərrüfatının müəyyən sahələrinə ayrılan vəsaitlər artırılsın, bəzi sahələrdə isə qiymətlər yenidən nəzərdən keçirilsin".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə