Rövnəq Abdullayev Aİ-92 markalı benzinlə bağlı məsələyə aydınlıq gətirib
""SOCAR" yanvarın 1-dən etibarən Aİ-92 markalı benzinə rəng qataraq, tam qırmızı rəngdə istehsal edir". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bəzi yerlərdə işbazların Aİ-92 markalı benzini Aİ -95 qiymətinə satmalarına dair məsələyə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, ARDNŞ bu kimi halların aradan qaldırılması üçün Aİ-92 markalı benzinə xüsusi qırmızı rəng qataraq, tam qırmızı rəngdə istehsal edir: "Məlumatlara görə, bəzi şəxslər yanacaq doldurma məntəqələrində Aİ-92 markalı benzini Ai -95 markalı benzin əvəzinə satırlar. Bu məsələni aradan qaldırmaq üçün ARDNŞ Aİ-92 markalı benzini tam qırmızı rəngdə, Aİ-95 markalı benzin isə tam rəngsiz, ağ rəngdə istehsal edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB