Dövlət Sosial Müdafiə Fondunda (DSMF) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib. SİA-nın xəbərinə görə, iclası giriş sözü ilə açan fondun sədri Səlim Müslümov vurğulayıb ki, DSMF-nin gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2012-ci ildə də uğurla davam etdirilib. İlkin məlumatlara əsasən, 2012-ci ildə DSMF-nin gəlirləri əvvəlki ilə nisbətən 355 milyon manat və ya 17 faiz artaraq 2 mlrd. 475 mln. manat təşkil edib. Ötən il sosial sığorta haqları üzrə gəlirlər 2011-ci ilə nisbətən 16 faiz artaraq 1 mlrd. 424 milyon manat olub.
O deyib: "Sosial sığorta daxilolmalarının 62 faizi qeyri-büdcə təşkilatlarının payına düşmüş, il ərzində qeyri-büdcə sektorundan daxil olan sosial sığorta haqları üzrə proqnoz 114 faiz yerinə yetirilmiş, bu sektordan 877 mln. manat və ya 2011-ci ilə nisbətən 159 mln. manat, yaxud 22,1 faiz çox vəsait daxil olub. Bu, fondun fəaliyyət dövrü ərzində proqnozun icrası üzrə ən yuxarı rəqəmdir. Qeyd olunan artım büdcə təşkilatlarından daxilolmalar üzrə yaranmış 90,7 mln. manat kəsirin aradan qaldırılmasına və 2013-cü il yanvarın 1-nə fondun xəzinə hesabında 23 mln. manatlıq sərbəst qalığın yaranmasına imkan verib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB