112 qayda pozuntusu

Ötən il "Gəncə" Elektrik Şəbəkə (EŞ) Müəssisəsi üzrə təqribən 1 milyard 92,4 milyon kilovat-saat elektrik enerjisi istehlak olunub. Daimi əhali qrupu tərəfindən istehlak olunmuş elektrik enerjisinin həcmi 120,2 milyon kilovat-saata yaxın olub. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, müəssisədə keçirilmiş reydlər zamanı 112 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı qeydə alınıb və 1 milyon 324,5 min kilovat-saata yaxın itirilən elektrik enerjisinin 79,4 min manatdan artıq istehlak dəyəri bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə