Yeni snayper və pulemyot hazırlanıb

Həmçinin 14.5 snayper tüfəngi təkmilləşdirilib və 23 mm snayper tüfənginin üzərində iş aparılır

Azərbaycan yeni snayper tüfəngi və pulemyot yaradıb. Azərbaycan Müdafiə Səbayesi Nazirliyi NATO standartlarına cavab verən 7.62x51 snayper tüfəngi yaradıb. Bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib: "Artıq bu tüfəngi biz yaratmışıq. Tüfəngin atış məsafəsi min metr, maqazin tutumu 10 güllə, çəkisi isə 7,1 kiloqramdır".

Y.Camalov qeyd edib ki, bundan əlavə yalquzaq adı ilə yeni pulemyot istehsal olunub ki, bu pulemyot əsasən kəşfiyyat və xüsusi təyinatlıların aktiv döyüş aparması üçün nəzərdə tutulub: "Pulemyotun atış məsafəsi 380 metr, çəkisi 7 kiloqram, uzunluğu isə 1080 mm-dir".

Nazir qeyd edib ki, bundan əlavə 14.5 snayper tüfənginin təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülüb: "Snayperin tüfənginin çəkisi 35 kq-dan 28 kq-a endirilib və bir sıra texniki dəyişiklər aparılıb. Hazırda 23 mm snayper tüfənginin üzərində iş aparılır. Yəqinki bu 2013-cü ilin birinci yarısında yaranacaq. Və sonradan həmin məhsulun seryalı istyehsalına başlanılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə