Bu ilin oktyabr ayında 14300-dən çox internet istifadəçisi İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən istifadə edib. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, internet istifadəçilərinin 1100-dən çoxu Almaniya, Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya, Ukrayna, Çexiya, Lüksemburq, Fransa, Kanada, Belçika, Filippin, İtaliya, Özbəkistan və İsveç kimi ölkələrdən olub. Ümumilikdə isə, 2012-ci ilin mart ayından fəaliyyətə başlayan portaldan indiyədək 52 minə yaxın internet istifadəçisi yararlanıb.
Qeyd edək ki, internet istifadəçiləri tərəfindən maraqla izlənilən www.icazeler.gov.az portalı icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB